Həkimlər xəstənin alnında burun “əkdi“- FOTO

Həkimlər yol qəzası nəticəsində burnu xəsarət alan Xiaolian üçün yeni bir burun yetişdirib.

Çinin cənub-qərbində Fujian bölgəsində yaşayan Xiaolian keçirdiyi yol qəzasında burnundan ağır zərbə alıb. Vaxtında müalicə almadığından burnu iltihablanır və qığırdağı zərər görür.

Həkimlər çıxış yolunu müalicəsi gecikən 22 yaşlı gənc üçün yeni burun yetişdirməkdə görürlər və burun hüceyrələrini Xiaolianın alnının üzərinə yerleşdiriblər. Daha sonra hüceyrələr qabırğa sümüyü ilə dəstəklənib və ortaya yeni bir burun çıxıb.

Cərrahlar burunun artıq yetişdiyini və bu yaxınlarda Xiaolianın alnından alınaraq əvvəlki burnunun yerine yerleşdiriləcəyini açıqlayıb.(anspress)

AzNews.az