Qadın marixuananı günəbaxan yağı ilə dəyişdi

Rusiyada bir qadın ərinin 3 kiloqram marixuanasını günəbaxan yağına dəyişib. Milli.Az RİA Novosti-yə istinadən xəbər verir ki, həmin cütlüyü Rusiyanın Primorsk vilayətində polis saxlayıb.

Cütlükdən 30 kq marixuana müsadirə olunub. 48 yaşlı qadınla, 41 yaşlı kişi etiraf ediblər ki, həmin marixuanaları Platono-Aleksandrovski kəndi yaxınlığında tapıblar və satmaq üçün paketləyiblər.

Qadın isə həmin narkotik vasitənin daha praktik üsulunu tapıb. O nəşəni tanımadığı adamla 5 butulka günəbaxan yağı ilə dəyişib.

AzNews.az