Nazirlərə İran haqqında danışmaq qadağan edildi

İsrailin baş naziri Binyamin Netaniyahu nazirlərə İranın nüvə proqramı haqda danışmağa yasaqlayıb.

İsrailin "10-cu İTV" telekanalı bu haqda xəbər yayıb.

Mənbə bildirib ki, sentyabrın 28-də Nyu-Yorkdan qayıdan baş nazir ABŞ-la İranın yaxınlaşmasından məyusluğunu etiraf edib.

B.Netaniyahu İranla bağlı şərh verməyi yasaqlayandan sonra hökumətin bir sıra üzvləri öncədən planlaşdırılan müsahibəni təxirə salıb.

Xatırladaq ki, sentyabrın 27-də ABŞ prezidenti Barak Obama arasında İranın hökumət başçısı Həsən Ruhani ilə telefon danışığı olub.

Ağ ev bu haqda İsrail hökumətinin məlumatlandırıldığını bildirib.(lent.az)

AzNews.az