Ticarət mərkəzinə hücum edən terrorçuların adları açıqlandı

Keniya hakimiyyəti Nayrobidəki ticarət mərkəzinə hücum edən terrorçuların adlarını açıqlayıb.
APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, 60-dan çox insanın ölümü ilə nəticələnən hücumu Əbu Baar əl-Sudani, Ömər Nabhan, Həttab əl-Kinə və Umayr törədib.

Bu arada Keniya dövlət telekanalının yayımladığı hadisə yerindən çəkilmiş kadrlarda hücumda 4 silahlı şəxsin iştirak etdiyi əks olunub.

Qeyd edək ki, bundan əvvəl Keniyanın hakimiyyət nümayəndələri bəyan edirdilər ki, hücumda 10-15 terrorçu iştirak edib.


AzNews.az