Pərviz Müşərrəf yenə də həbs edildi

Pakistanda keçmiş dövlət başçısı Pərviz Müşərrəfi bu gün yenə də həbs ediblər. ANS PRESS "BBC"yə istinadən bildirir ki, bir gün öncə o, girov müqabilində azadlığa buraxılmışdı.
P.Müşərrəf oktyabrın 9-da Ali Məhkəmənin qərarı ilə hər biri 1 milyon rupi (9,4 min dollar) olan iki girov məbləği qarşılığında azad edilib.

Keçmiş prezidentə qarşı cinayət işi 2006-cı ildə Bəlucistan əyalətində siyasətçi Əkbər Butanın qətli ilə bağlı qaldırılıb. Ona qarşı həmçinin daha iki cinayət işi qaldırılıb.

AzNews.az