Suriyada həbsxanaya hücum

Suriyada döyüşçülər Alepo şəhərindəki həbsxanaya hücum ediblər.

"France Presse"nin məlumatına görə, həbsxanaya hücumda "Əl Qaidə" ilə bağlı olan "Front əl-Nusra"nın döyüşçüləri iştirak ediblər.

Hələlik həbsxanaya hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı bəlli deyil.

Xatırladaq ki, 2013-cü ilin may ayında döyüşçülər Alepodakı mərkəzi həbsxananın ərazisinə daxil ola bilmişdilər. Ərazidə bir necə bina nəzarətə götürülüb. Binalar hələ də üsyançıların əllərindədir. Lakin həbsxananaın yarısı hökumət qüvvələrinin nəzarətində idi.(anspress)


AzNews.az