Olimpiya çempionu olan homoseksual ərə getdi

ABŞ-ın kişilər arasında suyatullanma üzrə 4 qat dünya çempionu Qreq Luqanis öz həmcinsi Conni Şayoya ərə gedib. Lent. az-ın "People" dərgisinə istinadən verdiyi məlumata görə, nikah mərasimi Kaliforniyada keçirilib.

Luqanis Los-Ancelesdəki nüfuzlu vəkillik firmasında vəkil köməkçisi vəzifəsində çalışan "boyfrend"i ilə 160 qonağın iştirakı ilə Malibuda nikaha girib. Kişilər 1 ildən çoxdur görüşürmüşlər.

53 yaşlı olimpiya çempionu öz "Twitter"ində yazıb: "Ötən gecə sehrli idi, özümü xoşbəxt hiss edirəm".

Luqanis şəxsi həyatının bəzi məqamlarından da danışıb. İdmançı bildirib ki, əvvəllər özü kimi sarısaç və mavi gözlü kişilər onu cəlb etməyib: "Amma 52 yaşlı Conni ilə qardaş kimi görünürük. Onun dərisinin rəngi də eynidir. Qalan orqanları da dərhal xoşuma gəldi. Özümü əsl narsist kimi hiss etdim. Onu da anladım ki, Connini özüm kimi sevirəm".

Qeyd edək ki, Qreq Luqanis həm 1984-cü il Los-Anceles, həm də 1988-ci il Seul Yay Olimpiya Oyunlarında 3 metrlik tramplin və 10 metrlik qüllədən tullanma üzrə 2 qızıl medal qazanıb. O, eyni zamanda 5 dəfə dünya çempionu olub. Luqanis "mavi" olduğunu hələ 1994-ci ildə IV Ümumdünya Gey Oyunlarında etiraf edib.

AzNews.az