Restoranda partlayış törədildi

Bu gün səhər saatlarında Somalinin Beldavin şəhərində Eriteriya və Somali əsgərlərinin nahar etdikləri bir restoranda partlayış törədilib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayışa görə məsuliyyəti bir müddət öncə Keniyada ticarət mərkəzində qətliam törətməklə diqqəti özünə çəkmiş "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

Partlayış nəticəsində 25 nəfər ölüb, 20 nəfər yaralanıb. "Əş-Şəbab" terror təşkilatının sözçüsü Sheikh Abdiasis Abu Musab hədəflərinin Eriteriya və Somali əsgərləri olduğunu və partlayış nəticəsində aralarında bu ölkələrin əsgərlərinin də olduğu 25 nəfərin öldüyünü bəyan edib.

AzNews.az