Ağ Ev erməni xalçasını ermənilərə vermədi

Erməni yetim uşaqlar tərəfindən toxunduğu bildirilən və 1925-ci ildə Ağ Evə hədiyyə olunan xalçanın nümayişi təxirə salınıb.

"The Washington Post" qəzeti yazır ki, buna Türkiyənin möveyi səbəb olub.

20 ilə yaxındır ki, anbarda saxlanan xalçanın Smitsonov İnstitututnun dekabrın 16-da keçirəcəyi tədbir zamanı sərgilənməsi nəzərdə tutulurdu. Həmin mərsimdə Akop Deranyanın müəllifi olduğu "Prezident Kalvin Kulic və erməni yetimlərinin xalçası" kitabının təqdimatı nəzərdə tutulur. Ancaq daha sonra Ağ Ev xalçanı bir neçə saatlığına da olsa icarəyə verməyə razılaşmayıb.

Ermənilər Livanda toxunan xalçada 1915-ci il hadisələrinin təsvir olunduğunu bildirir.

Elnur
AzNews.az