Kimyəvi silahların məhvi ilə bağlı ilkin mərhələ yekunlaşdı


BMT və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) mütəxəssislərindən ibarət heyət Suriyadakı 23 kimyəvi silah müəssisəsindən 21-də araşdırmalarını tamamlayıb.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumatına görə, oktyabrın əvvəlindən etibarən Suriyada olan mütəxəssislərin hökumətin bildirdiyi digər iki müəssisəyə girişi isə mümkün olmayıb.

Bununla yanaşı rəsmi Dəməşq kimyəvi silahların məhvi ilə bağlı müvafiq sənədləri OPCW-ya təqdim etdiyini də açıqlanıb.

Məlumat da o da qeyd olunub ki, ABŞ və Rusiya arasında sentyabr ayında əldə olunan razılığa əsasən Suriya proseslə bağlı ilk mərhələni oktyabrın 27-dək yekunlaşdırmalı idi.

OPCW-nun kimyəvi silahların məhv edilməsi planına dair hesabatını noyabrın 15-dək başa çatdırılması nəzərdə tutulub.

İbrahim Kamiloğlu
AzNews.az