İsraildən Yasir Ərəfatın zəhərlənməsi ilə bağlı AÇIQLAMA


İsrail hökuməti Fələstinin keçmiş lideri Yasir Ərəfatın zəhərlənərək öldürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Açıqlama radioaktiv maddə ilə zəhərlənərək öldürüldüyü bildirilən Y.Ərəfatın cəsədi üzərinə aparılan araşdırma başa çatdıqdan sonra verilib.

Rəsmi Təl-Əviv bu barədə yayılan xəbərləri "stəkanda qasırğa yaratmaq cəhdi" kimi qiymətləndirib.
İsrailin energetika naziri Silvan Şalom "Biz heş zaman Ərəfatın fiziki cəhətdən məhvinin tərəfdarı olmamışıq. Bu hekayə mənə stəkanda qasırğanı xatərladır. Hətta bu əgər zəhərlənmədirsə, İsrailin buna heç bir aidiyyatı yoxdur" deyə qeyd edib.
Elnarə
AzNews.az