Səid Cəlili: “Hazırda Suriyada baş verənlər ölkənin daxili məsələsi deyil...” Səid Cəlili: “Hazırda Suriyada baş verənlər ölkənin daxili məsələsi deyil...”

İran Əsədi açıq müdafiəyə qalxdı

Səid Cəlili: “Hazırda Suriyada baş verənlər ölkənin daxili məsələsi deyil...”


"İran Suriya hökumətinə sonuna qədər dəstək olacaq". Bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Suriya prezidenti Bəşər Əsədlə Dəməşq görüşündə səsləndirib. AzNews.az aljazeera.com saytına istinadən xəbər verir ki, Səid Cəlili prezidentlə görüşdə Suriya hökumətinə açıq dəstək verəcəyini dilə gətirməkdən çəkinməyib. O, bildirib ki, "hazırda Suriyada baş verənlər ölkənin daxili məsələsi deyil, regional və beynəlxalq düşmənlərlə yerli qüvvələrin münaqişəsidir".Iran kütləvi informasiya vasitələri də Cəlilinin Suriya səfərinə geniş yer ayırıb. Iran KİV- lərinin məlumatına görə Səid Cəlili Suriya prezidenti ilə görüşdə bildirib ki, "münaqişənin yeganə mümkün həlli daxili qruplaşmalar arasında dialoqa nail olmaqdır, xarici müdaxilə isə yalnız prosesi şiddətləndirməyə xidmət edir".

Sadiq
AzNews.az