Latviyada 3 günlük matəm elan edildi

Latviyada supermarketdə baş verən dağıntıda çox sayda insanın həlak olması ilə əlaqədar 3 günlük matəm elan edilib.

AzNews.az xəbər verir ki, bu barədə FOCUS.LV Böhran Komissiyasına istinadən məlumat yayıb.

Ölkədə 23-25 noyabr tarixlərində matəm elan olunub.

Xatırladaq ki, Riqada baş verən hadisədə 33 nəfər ölüb, 40-dan artıq şəxs yaralanıb.

Elnur
AzNews.az