Bərzani İraqın Baş nazirinə qorxu gəldi: “Kürdüstanı elan edərəm“

İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən "Kürdistan"ı elan edərəm"- deyib.
Aznews.az Axar.az - a istinadən xəbər verir ki, Türkiyənin Baş naziri ilə İraq kürd regional rəhbərliyinin Baş naziri Nəçirvan Bərzani arasında İraq neftinin Türkiyəyə nəql olunması görüşündə, müqavilələrin imzalandığına dair iddia gərginliyə səbəb olandan sonra İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani İraqın Baş naziri Nuri Əl-Malikiyə "təzyiq göstərməyə davam etsən "Kürdistan"ıelan edərəm"-, dediyi məlum olub. Şimali İraqın "Bsanyus" agentliyi isə Ərdoğan ilə Bərzaninin imzaladığı müqaviləyə rəsmi Bağdadın qarşı çıxdığını yazıb. Xəbərdə ABŞ-ın Bağdadı dəstəklədiyi üçün Ərdoğanın Malikini yola gətirməsinin vacibliyi qeyd edilib. Lakin problemin həll olunması üçün Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldızla bərabər Nəçirvan Bərzaninin Ərdoğandan əvvəl Maliki ilə yanvar ayında görüşü gözlənilir.

Aznews.az