23 yaraqlı öldürülüb - Pakistanda

Pakistanın Şimali Vəziristan əyalətində yaraqlılarla baş verən qarşıdurmada 23 nəfər həlak olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 3 əsgərin də öldüyü bildirilir. "Associated Press" agentliyi məlumatı təsdiq edib.

Ancaq hadisə yerində olan şahidlər bildirib ki, ölənlər arasında dinc sakinlər də olub.


AzNews.az