Putin silah dahisinin dəfninə qatıldı

Rusiya prezidenti Vladimir Putin "Silah dahisi" kimi tanınan, "Kalaşnikov" avtomatının müəllifi Mixail Kalaşnikovla vida mərasiminə qatılıb.

Dəfn və vida mərasimləri Moskva yaxınlığındakı Mıtişşi şəhərində, Federal Hərbi-Memorial Kompleksdə keçirilir.

Mərasimdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu da iştirak edir.
İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Rusiya Qəhrəmanı Mixail Kalaşnikov uzun sürən ağır xəstəlikdən sonra 94 yaşında vəfat edib.(milli.az)