- Köhnə - Dünya
- 4 Fevral 2014 20:14
- 2 214
Pakistanda terror aktı - 8 ölü, 30 yaralı

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, 4 fevral axşam Pakistanın şimal - cənub əyaləti olan Xeybər Paxtunxva Pişəvər şəhərində hotelin yaxınlığında partlayış törədilib. Hadisə nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Partlayıcı qurğu əsasən şiə müsəlmanların çoxluq təşkil etdiyi Kuça Risaldar rayonunda hotelin yaxınlığında işə düşüb. Ölənlərin içərisində qadınlar və uşaqlar da var.
Polislər hadisə yerini əhatəyə alıblar. Araşdırma aparılır.
İlkin məlumata görə terakt kamikadze tərəfindən törədilib.
Heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Əli
AzNews.az