Avropada daha bir nazir istefa verdi

Almaniyanın Kənd Təsərrüfatı naziri Hans Peter istefa verib.

"Axar.az" xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Daxili işlər naziri olduğu vaxt Sebastian Edati ilə uşaq pornoqrafiyası ittihamında adının hallanması səbəbindən nazir istefa verməyə məcbur olub. Kanadada uşaq pornoqrafiyası yayan qruplarla əlaqələrinin olduğu iddia edilir. Kanada polisi məsələ ilə bağlı Almaniya hökumətinə müraciət edib. Sosial Demokrat Partiyasının üzvü Sebastian Edatinin bu məsələdə adının hallanması Baş nazir Angela Merkeli xeyli qəzəbləndirib. Eskpertlərin fikrincə, bu hadisə hökumət böhranına səbəb olacaq. Edatinin evində axtarış əməliyyatı aparılarkən 9-14 yaşları arasında oğlan uşaqlarına aid çılpaq fotoşəkillər aşkar olunub. Xatırladaq ki, dünən də İtaliyanın Baş naziri Enriko Letta istefa verib.



AzNews.az