Türkiyə sərhədində partlayış: 24 nəfər ölü, 40-dan çox yaralı

Dünən axşam Türkiyənin Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında yerləşən Suriyanın Əs-Səlame sərhəd məntəqəsi yaxınlığında partlayış törədilib.
AzNews.az xəbər verir ki, güclü partlayış nəticəsində 20 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Ölən və yaralıların Suriya vətəndaşı olduğu bildirilir.
Məlumata görə, partladıcı quraşdırılmış avtomobil saat 18.00 radələrində işə salınıb.

Azər
AzNews.az