Yanukoviçin gizləndiyi yer bəlli oldu

Yanukoviç Krımda gizlənir.

"Axar.az" xəbər verir ki, bu informasiyanı Ukrayna mətbuatı özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb. Ukrayna oliqarxlarından olan mənbə onun Krımdan sonra hara gedəcəyinin bilinmədiyini deyib: "O, Krıma yollandı. Daha sonra isə hara getdiyi bəlli olmadı. Hazırda harada və necə gizləndiyi bəlli deyil. İki variant var. Birinci variant onun üçün Sevastopolda yerləşən hərbi aerodromlardan birində təyyarənin hazır olmasıdır. Bundan başqa isə Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərindən biri ilə Qara dənizdə istənilən istiqamət üzə bilər". Qeyd edək ki, Yanukoviçin harada gizləndiyi hələ də bəlli deyil.



AzNews.az