Məhşur aktrisa Ukrayna üçün üsyan etdi

Ukraynada doğulan aktrisa və model Mila Yovoviç doğulduğu ölkədə yaşanan hadisələrdə zərər görənlərə yardım edəcəyini açıqlayıb.

"Axar.az" türk mətbuatına istinadən xəbər verir ki, Yovoviç Ukraynada şiddətə məruz qalanlar üçün kampaniya keçirəcəyini söyləyib. Feysbuk səhifəsindən duyğularını dilə gətirən aktrisa "Siyasətlə maraqlanmıram, ancaq əlinə silah götürənlərə deyil, orada yaşanan şiddətin qurbanı olanlara kömək etmək üçün əlimdən gələni edəcəyəm. Fərdi olaraq o insanlara kömək etmənin yolunu tapacağam. Onlar nə üçün mübarizə aparırlar-aparsınlar, ancaq arada günahsız insanlar zərər görür. Bu, qətiyyən qəbul edilə bilməz",- sözlərini yazıb. Yovoviç ianə yığan hər hansı bir internet saytının olmamasına da diqqət edib. 38 yaşlı Mila Yovoviç Serb atanın və rusiyalı ananın övladıdır. O, "Resident Evil" filmi ilə məşhurlaşıb. Aktrisa filmin rejissoru Pol V.S Andersonun həyat yoldaşıdır.



AzNews.az