- Köhnə - Dünya
- 25 Fevral 2014 21:54
- 4 021
Baş nazir istefaya gedir

Məlumata görə, Ansip martın 4-də istefa ərizəsini prezidentə təqdim edəcəyini bildirib. Ölkənin müstəqillik günü ilə bağlı Tartu şəhərindəki təntənəli mərasimdə çıxış edən Ansip daha baş nazir postuna namizəd olmayacağını bildirib. Bu açıqlamadan bir gün öncə, Estoniya İslahatlar partiyası Avropa Komissiyasının vitse-prezidenti, Nəqliyyat məsələləri üzrə komissar Siym Kallasın yeni hökumət formalaşdırması barədə qərar verib. Politoloqların fikrincə, siyasi razılaşmanın nəticəsi olaraq baş nazir olmuş Kallasın yerinə Ansip Avropa komissarı olacaq (Teleqraf.com).