Krımda toqquşmalar - 1 ölü, 7 yaralı - CANLI YAYIM, Yenilənib

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Krımda toqquşmalarda 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

* * * * *
18:33

Krımda toqquşmalar nəticəsində 1 nəfər xəsarət alıb. "Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, insanlar parlament binasına yaxınlaşır.

Mitinq-yürüşdə təxminən 10 min Krım tatarı iştirak edir.

Bundan əlavə avtobusda deputat Olqa Kovitid başda olmaqla, onlarla insan Rusiya bayraqları ilə mitinqə toplaşıblar.

Təxminən yarım saat bundan əvvəl mitinq iştirakçıları polis halqasını qırıblar. Hələlik, ciddi toqquşmalardan qaçmaq mümkün olub.






AzNews.az