ATƏT Krımın dəvətini rədd etdi


Krımın separatçı rəhbərliyi yarmadada keçirəcək referendumda ATƏT müşahidə missiyasının iştirak etməsini istəyib.

AzNews.az-ın məlumatına görə, ATƏT-in mətbuat katibliyindən bildirilib ki, Krım Muxtar Respublikası hüquqi baxımdan Ukrayna ərazisi olduğundan, bu muxtar qurumun öz ərazisində referendum keçirmək və bu aksiyaya beynəlxalq müşahidəçilər dəvət etmək səlahiyyəti yoxdur.
Belə bir hüquq yalnız Ukrayna dövlətinə məxsusdur.

Xatırladaq ki, Krımın separatçı rəhbərliyi muxtar respublikanın Ukraynadan ayrılaraq, Rusiyaya birləşdirilməsinə dair referendum keçirilməsi ilə bağlı qərar qəbul edib. Referendum martın 16-da keçiriləcək.

AzNews.az