Qətlin Taliban tərəfindən törədildiyi ehtimal edilir Qətlin Taliban tərəfindən törədildiyi ehtimal edilir

17 nəfər başı kəsilərək öldürüldü

Qətlin Taliban tərəfindən törədildiyi ehtimal edilir



Əfqanıstanın Qilmend əyalətində 17 mülki şəxs qətlə yetrilib. AzNews.az-ın izvestia.ru saytına istinadən verdiyi xəbərə görə, onların hamısı başı kəsilərək öldürülüb.

Hökumətdə hesab edirlər ki, onlar "Taliban" terrorçu qruplaşması tərəfindən qətlə yetiriliblər. Ölənlərdən 15-nin kişi, ikisinin isə qadın olduğu bildirilir.

Qilmend əyalətinin təmsilçisi Davud Əhmədi "Frans Press" xəbər agentliyinə bildirib ki, qətlin arxasında kimlərin durduğunu bilmirlər. Bu istiqamətdə istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, bundan əvvəl Qilmend əyalətində daha 10 əsgərin öldürülməsi ilə bağlı xəbər yayılmışdı.

Sadiq
AzNews.az