- Köhnə - Dünya
- 11 Aprel 2014 09:06
- 6 463
Hillari Klintona ayaqqabı atdılar – Video

"Qafqazinfo"xəbər verir ki, Klinton, Las Veqasda tullantıların yenidən istehsalı təşkilatında çıxış edərkən qəfildən dinləyicilərdən biri ayağındakı ayaqqabısını çıxararaq səhnəyə Klintonun başına atıb. Klinton başını kənara çəkərək ayaqqabı zərbəsindən qorunub. Eks-dövlət katibi hadisəyə yumoristik yanaşıb. "Bilmirdim ki, tullantıların istifadə edilməsi bu cür provokasiyalı mövuzudur",- deyə siyasətçi qeyd edib. Ayaqqabı atan qadını təhlükəsizlik xidmətinin əməkdaşları dərhal saxlayıb.
AzNews.az