Ukraynalılar partizan dəstələrinə yazılırlar - VİDEO

Ukraynalılar kütləvi şəkildə xalq könüllü dəstələrinə yazılmağa başlayıblar.

Bu barədə Ukraynanın TSN telekanalı xəbər yayıb.

Xəbərdə deyilir ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar ukraynalılar kütləvi şəkildə xalq könüllü dəstələrinə, ehtiyat ordulara qoşulmağa qərar veriblər.

Onların bor çoxu özlərini açıq şəkildə partizan adlandırır, hansılardan ki, hərbi ekspertlərin rəyincə, ən çox Rusiya prezidenti Putin qorxur.

Məşqlər əsasən meşələrdə keçirilir. Könüllülər arasında qadınlar da var. Hər kəs pulsuz şəkildə bu dəstələrə qoşula bilər. (Musavat.com)