Prezidentin qərargahı partladıldı: 50 ölü

Suriyada prezident Bəşər Əsədin əsgərlərinin qərargahı partladılıb.

Anspress-in məlumatına görə, Suriyanın İdlib şəhərində müxaliflər əvvəlcədən ordu qüvvələrinin qərargahına yerləşdiridiyi bombanı partladıb. Nəticədə qərargah yerlə bir olub. 50 əsgər isə ölüb.

Qeyd edək ki, Suriyada müxalif qüvvələr Bəşər Əsəd rejimini dəstəkləyən orduya qarşı genişmiqyaslı hücumlara başlayıb. Hazırda Dera şəhəri uğrunda döyüşlər gedir.

Paytaxt Dəməşqdə isə müxalif qruplar Suriya ordu qüvvələrinin istifadə etdiyi Elmi Araşıdırma Mərkəzini ələ keçirib.

AzNews.az