“Böyük Yeddilik“ Ukrayna üçün təcili plan hazırlayır

"Böyük Yeddilik" Rusiyadan Ukraynaya nəql olunan qazın kəsiləcəyi təqdirdə, Ukraynaya dəstək üçün "təcili plan" hazırlayır.
AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, planın məqsədi enerji daşıyıcılarından siyasi silah kimi istifadə olunmasının qarşısının alınmasıdır.
Böyük Britaniya energetika naziri Ed Deyvi bildirib ki, "Artıq gələn ay Devid Kemeron və digər "Böyük Yeddilik"k liderləri "təcili fəaliyyət planı" imzalamağı qərara alıblar. Plan Rusiyanın Ukraynaya qaz nəqlinin dayandırılması halında Ukraynaya dəstək məqsədi daşıyacaq.

Həmçinin bildirilir ki, "Böyük Yeddilik" Rusiyadan enerji asılılığının azaldılması planı qəbul edib. Qərb də əmindirlər ki, "Yanacaq növlərinin qazıntısı üçün mənbələrinin və marşrutlarının diversifikasiyası vacibdir. Heç bir ölkə bir təchizatçıdan tamamilə asılı olmamalıdır. Enerjidən siyasi silah kimi istifadə olunmamalıdır".

Aydan