- Köhnə - Dünya
- 31 İyul 2014 08:43
- 3 516
Liviyanın Benqazi şəhəri ələ keçirildi
AzNews.az-ın France-Press Agentliyinə istinadən verdiyi məlumata görə, Benqazini zəbt edən silahlılar əvvəlcə şəhər ərazisində yerləşən iri hərbi hissəni tutublar.
Bütün gecəni və hazırda da şəhəri geri almaq istəyən hökumət qüvvələri ilə gərgin döyüşlər gedir. Əməliyyatı Liviya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları aparır. Gecə saatlarında 30 hərbçinin həlak olduğu bildirilir.
Məhəmməd
AzNews.az