Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petr Poroşenko Minsk görüşünü dəyərləndiriblər. Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petr Poroşenko Minsk görüşünü dəyərləndiriblər.

Putin görüşü pozitiv, Poroşenko isə gərgin adlandırdı

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Petr Poroşenko Minsk görüşünü dəyərləndiriblər.


AzNews.az-ın məlumatına görə, V. Putin görüşü pozitiv və baş tutan danışıqlar kimi xarakterizə edib.

O deyib ki, prezidentlər arasında bu formatdakı görüşlər xeyirlidir:
"Əlbəttə, danışıqların necə bitəcəyi haqda heç nə deyə bilmərəm. Buna baxmayaraq, deyə bilərəm ki, danışıqlarda bizi narahat edən məqamlara toxunulub. Görüşdə razılaşdıq ki, Rusiya-Ukrayna-Avropa İttifaqı işçi qrupları formatında danışıqları sentyabrın 12-dək davam etdirək".

Ukrayna prezidenti Petr Poroşenko isə danışıqların gərgin keçdiyini deyib: "Müsbət məqam odur ki, görüşdə iştirak edən bütün tərəflər Donbasda sülh planını dəstəkləyiblər. Həmçinin, Rusiya ərazisində girov saxlanılan Ukrayna vətəndaşlarının sərbəst buraxılmasına dair də razılıq əldə olunub".

Məlumatda o da qeyd olunub ki, danışıqlar zamanı sərhəd qurumlarının məsləhətləşmələrə başlamasına dair də razılığa gəlinib. Bununla yanaşı sentyabrın 6-da enerji məsələsi ilə bağlı Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə Rusiya-Ukrayna danışıqlarının başlanmasına da qərar verilib.

Məhəmməd
AzNews.az