- Köhnə - Dünya
 - 4 Sentyabr 2014 08:25
 - 2 963
 
ABŞ-dan Ukrayna probleminə ikili yanaşma - Açıqlama
            “ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə hərbi qarşıdurmaya getməyəcək”.
AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Çak Heyqel müsahibəsində deyib.
O, Rusiyanı Ukraynada gərginliyi artıran addımlar atmaqda ittiham edib.
Pentaqon rəhbəri müsahibəsində Rusiyanı hədələyib:
"Bütün baş verənlər Rusiya üçün nəticəsiz qalmayacaq. Lakin ABŞ Rusiya ilə müharibə aparmayacaq".
Çak Heyqel Ukraynadakı münaqişənin nizamlanmasında diplomatiyaya üstünlük verilməsinin dəstəklədiyini də deyib.
Məhəmməd
AzNews.az