- Köhnə - Dünya
- 5 Sentyabr 2014 14:28
- 3 968
Ukrayna Donbasda ölən rusiyalı hərbçilərin sayını açıqladı

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası ölkənin Donbas bölgəsində separatçılar tərəfdə döyüşən rusiyalı hərbçilərin siyahısını əldə edib.
AzNews.az-ın məlumatına görə, qurumun Analitik İnformasiya Mərkəzinin katibi Andrey Lısenko deyib ki, əməliyyat-kəşfiyyat məlumatları əsasında bəlli olub ki, Donetsk və Luqansk vilayətləri ərazisində döyüşlər zamanı 2 minə yaxın rusiyalı hərbçi həlak olub. Yaralıların sayı isə bundan 4 dəfə çoxdur.
Onun sözlərinə görə, yaralı hərbçilər əsasən Sankt-Peterburq, Rastov-na-Donu, Volqoqrad və Eysk şəhərlərindəki hərbi hospitallarda müalicə olunurlar.
Məhəmməd
AzNews.az