- Köhnə - Dünya
- 5 Sentyabr 2014 15:31
- 2 661
Minsk görüşü başlandı – FOTOLAR

Belarusun paytaxtı Minskdə Ukraynanın Donbas bölgəsində qarşıduramalar son qoymaq, sülhün əldə olunması məqsədilə üç tərəfli görüş başlanıb.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, görüşdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavin, Rusiyanın Ukjraynadakı səfiri Mixail Zurabov, o cümlədən qondarma "Donetsk Xalq Respublikası"nın və "Luqansk Xalq Respublikası"nın liderləri iştirak edirlər.
Xatırladaq ki, Londonda keçirilən NATO sammitində atəşkəslə bağlı ilkin razılıq əldə olunub. Ukrayna prezidenti Petr Poroşenko isə deyib ki, Minsk görüşündə əldə olunan sülhü dəstəkləməyə hazırdır.


Məhəmməd
AzNews.az