Tanınmış amerikalı boksçu Mayk Tayson Kanadanın CP24 televiziya kanalının birbaşa efirində senzuradan kənar ifadələr işlədib. Tanınmış amerikalı boksçu Mayk Tayson Kanadanın CP24 televiziya kanalının birbaşa efirində senzuradan kənar ifadələr işlədib.

Tayson teleaparıcını birbaşa efirdə söydü

Tanınmış amerikalı boksçu Mayk Tayson Kanadanın CP24 televiziya kanalının birbaşa efirində senzuradan kənar ifadələr işlədib.



Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərlərin aparıcısı Natan Dauner söhbət zamanı Taysona ağır çəki üzrə keçmiş dünya çempionuna keçmiş məhbusluğu və seksual hərəkətlərini xatırladıb. Bundan əlavə, aparıcı Taysona bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Toronto şəhərinin meri Rob Fordla arasındakı qalmaqalla bağlı sual verib.

Daner soruşub: - Biz bilirik ki, siz təcavüzə görə həbs olunmusunuz. Bu, Fordun kampaniyasına zərər vurubmu? Siz bu haqda nə cavab verə bilərsiniz? Bu suala cavab olaraq Tayson teleaparıcının ünvanına senzuradan kənar ifadələr söyləyib. Aparıcı vəziyyətdən çıxmağa cəhd edib. O hətta idmançıdan üzr istəyərək Mayka qarşı heç bir iradının olmadığını bəyan edib.
Tayson təcavüzə görə 1992-ci ildə 6 il azadlıqdan məhrum olunub və 3 il həbsxanada yatıb. 1998-ci ildə isə onu adam döydüyünə görə tutublar. Bu insidentə görə boksçu 3,5 ay həbsxanada yatıb. 2008-ci ildə isə narkotikdən istifadəyə və bu vəziyyətdə avtomobil idarə etdiyi üçün bir sutka həbs olunub.


AzNews.az