Donetsk separatçıları Ukrayna ilə bağladıqları sülh müqaviləsinə baxmayaraq, atəşkəs rejimini pozmağa davam edir. Donetsk separatçıları Ukrayna ilə bağladıqları sülh müqaviləsinə baxmayaraq, atəşkəs rejimini pozmağa davam edir.

Separatçılar hava limanını ələ keçirməyə cəhd etdi

Donetsk separatçıları Ukrayna ilə bağladıqları sülh müqaviləsinə baxmayaraq, atəşkəs rejimini pozmağa davam edir.



Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, separatçılar dünən gecə Donetsk beynəlxalq hava limanına hücum edərək, oranı ələ keçirməyə cəhd ediblər.

Yerli jurnalistlərin verdiyi xəbərə görə, separatçılar hava limanının "Qrad" qurğularından atəşə tutur və bu saatlara qədər ərazidə tüstü müşahidə olunur.

Separatçılar hava limanına daxil olaraq 6 təyyarəni ələ keçirdiklərini bildirsə də, Ukraya ordusu bunu inkar edərək, hava limanının hazırda onların tam nəzarəti altında olduğunu bildirib.

AzNews.az