ABŞ Senatı Suriya müxalifətini silah və təlimlə təmin etməyi nəzərdə tutan qanunu təsdiqləyib. ABŞ Senatı Suriya müxalifətini silah və təlimlə təmin etməyi nəzərdə tutan qanunu təsdiqləyib.

ABŞ Senatında gərginlik- VİDEO

ABŞ Senatı Suriya müxalifətini silah və təlimlə təmin etməyi nəzərdə tutan qanunu təsdiqləyib.


ANS TV-nin məlumatına görə, ABŞ prezidenti Barak Obamanın Suriyada müxalifət qüvvələrini silah və təlimlə təmin etməyə dair təqdim etdiyi planı Senatda da qəbul edilib. Bu plan bir gün öncə isə Nümaynədələr Palatasında da təsdiqlənmişdi. Sənəd Demokratların üstünlük təşkli etdiyi Senatda 22 əleyhinə olmaqla 78 səslə qəbul edilib.

Müzakirələr çox gərgin keçib. ABŞ dövlət Katibi Con Kerri və Müdafiə naziri Çak Hegel sənədin qəbulu üçün qanunvericilərin suallarını cavablandırmalı olub. Con Kerri Konqresin Suriyada müxalifət qüvvələrinin silahlandırılması və onlara təlim verilməsi üçün maliyyə vəsaiti ayırmasının əhəmiyyətini də vurğulayıb. Con Kerri terrorçuları dini təhqir edən "daş dövrünün qatilləri" adlandırıb.

ABŞ-ın müdafiə naziri Çak Heyqel Amerikanın İŞİD silahlılarına qarşı planınına dair Senatda ifadəsi isə etirazla qarşılanıb. Zalda oturan iştirakçılardan biri uca səslə "Amerika ordusunun Yaxın Şərqdə gərəksiz müharibə apardığını" bildirib və ordunun geri çəkilməsini tələb edib. Beləliklə də, bütün gərginliyə baxmayaraq Konqresdəki təsdiqlənən sənəd prezident Barak Obamanını imzalamasından sonra qüvvəyə minəcək.

Qanun layihəsinin Konqresdə təsdiqləndikdən sonra ABŞ prezidenti Barak Obama isə Ağ Evdə kameralar qarşısına çıxıb və bildirib ki, bu qanun layihəsi İŞİD-lə mübarizənin açarıdır və Konqresin bu addımı dünyaya ABŞ-ın bir olduğunu göstərib.

"Əgər vətəndaşlarımıza zərər versəniz, ABŞ-ı və müttəfiqlərimizi təhdid etsəniz bu bizi ayırmaz, əksinə birləşdirər. İŞİD-i məhv etəmk üçün koalisiyon genişləndirməkdə davam edəcəyik. Suriya müxalifəti həm Əsəd rejimi, həm də İŞİD-ə qarşı mübarizə aparır. ABŞ olaraq Suriya müxaliftətinə köməyimizi daha da artıracağıq və Konqresin təsdiqindən sonra Suriya müxalifətinin daha da güclənməsinə kömək edəcəyik."

Bundan başqa Obama bir daha xüsusi vurğulayıb ki, İraqdakı Amerika əsgərləri müharibə etməyəcək, onların vəzifəsi oradakı müttəfiqlərinə məsləhət vermək və dəstək olmaqdır. Proqramın icrası başladıqdan bir neçə ay sonra Vaşinqton İŞİD-ə qarşı mübaizə aparacaq. Suriya müxaliftəinin ilk qrupunu formalaşdırmağı planlaşdırır. İlk mərhələdə Suriya müxalifətinin kiçik silahlarla, daha sonra isə daha böyük silahlarla təchiz edilməsi planlaşdırılır.


AzNews.az