Suriyada hökumət qüvvələri Həma şəhərindəki xəstəxanaya hücum edib. Suriyada hökumət qüvvələri Həma şəhərindəki xəstəxanaya hücum edib.

Xəstəxanaya hücum - 10 ölü

Suriyada hökumət qüvvələri Həma şəhərindəki xəstəxanaya hücum edib.



Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, hücum nəticəsində 10 nəfər həlak olub.

Suriya İnsan Haqları Təşkilatı tərəfindən verilən yazılı açıqlamada ölənlərin sayının artmasından narahat olduqlarını, onların arasında səhiyyə işçilərinin də olduğu bildirilib.

Suriya Ümumi İnqilab Şurasının (SRGC) verdiyi açıqlamada isə orduya məxsus döyüş təyyarələrinin İdlib şəhəri ətrafındakı yaşayış yerlərinə atdığı bomba nəticəsində Sərakib mahalında 19, İhsim mahalında 15 nəfərin öldüyü, çoxlu adamın yaralandığını qeyd edib.

Suriya İnsan Haqları Təşkilatı (SNHR) də rejimin hərbi təyyarələrlə İdlibin Sərakib mahalı ilə İhsim mahalına təşkil etdiyi hücumunda 34 nəfərin öldüyünü bildirib.