- Köhnə - Dünya
- 23 Sentyabr 2014 17:41
- 1 898
İsrail Suriya təyyarəsini vurdu
İsrail Suriya döyüş təyyarəsini vurub.
ANS PRESS-in məlumatına görə, İsrail ordusu Suriya təyyarəsini "Patriot" raketi ilə vurub.
Suriya dövlət televiziyası təyyarənin vurulduğunu təsdiqləyib. Suriya İsrailin bu addımını İŞİD və "Əl-Qaidə"yə bağlı olan "Nusra" cəbhəsinə edilən yardım kimi qiymətləndirib.
Qeyd edək ki, Suriya ordusu İsraillə sərhəddə hər 2 terrorçu qruplaşmaya qarşı döyüşür.
AzNews.az