Rusiya hərbçiləri öz hərbi qulluqçularının cəsədlərini işləməyən şaxtalara atırlar. Rusiya hərbçiləri öz hərbi qulluqçularının cəsədlərini işləməyən şaxtalara atırlar.

“Ruslar öz əsgərlərinin cəsədlərini şaxtalara atır”- Tımçuk

Rusiya hərbçiləri öz hərbi qulluqçularının cəsədlərini işləməyən şaxtalara atırlar.



AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Hərbi-siyasi araşdırmalar mərkəzinin rəhbəri Dmitriy Tımçuk sosial şəbəkədəki səhifəsində yazıb: "Sverlovsk rayonunda işləməyən şaxtalardan birində Rusiya hərbçilərinin cəsədləri aşkarlanıb".

Bundan əlavə Tımçuk bildirib ki, Rusiya Federasiyasının Ukrayna ilə sərhəd rayonlarında və işğal edilmiş Krımın şimal hissəsində Rusiya ordu birləşmələrinin və hərbi texnikasının toplanması davam etdirilir. Rusiya hərbi komandanlığı seperatçıların rəhbərliyindən Ukrayna hərbçilərinin "cinayətlərinin sübutunu" saxtalaşdırmağı tələb edir. Sözügedən tələb RF Silahlı Qüvvələrinin Baş Qərargahından verilib. Tələb təhlükəsizlik zonasının yaradılması üçün son zamanlar Ukrayna ordusunun çıxarıldığı bölgələrə aid edilib.

Aydan Axundova
AzNews.az