Moskvada naməlum şəxslər “Life News”un jurnalistlərinə hücum ediblər və onların fləş kartlarını oğurlayıblar. Moskvada naməlum şəxslər “Life News”un jurnalistlərinə hücum ediblər və onların fləş kartlarını oğurlayıblar.

Moskvada “Life News”un jurnalistlərinə hücum oldu

Moskvada naməlum şəxslər “Life News”un jurnalistlərinə hücum ediblər və onların fləş kartlarını oğurlayıblar.



Polis artıq iki nəfər şübhəlini saxlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, insident sentyabrın 28-nə keçən gecə baş verib.

"Cinayətkarlar güc tətbiq edərək jurnalistlərin iki fləş kartını götürüblər. Maddi ziyan 32 min rubl dəyərində hesablanır", - deyə xəbərdə bildirilir.

Jurnalistlərdən biri hücum nəticəsində burnundan zərbə alıb. Onun iş yoldaşı xəsarət almayıb. Hücum faktı ilə əlaqədar artıq "quldurluq" maddəsi üzrə cinayət işi açılıb.


Aydan Axundova
AzNews.az