Əsgərlər məsciddə əyləncə təşkil edib namazı, İslamı, Allahı təhqir edib Əsgərlər məsciddə əyləncə təşkil edib namazı, İslamı, Allahı təhqir edib

Bəşər Əsədin əsgərləri namazı lağa qoydu - VİDEO

Əsgərlər məsciddə əyləncə təşkil edib namazı, İslamı, Allahı təhqir edib



"Ərəb baharı"nın hələ davam etdiyi Suriyada vəziyyət günbəgün pisləşir. Ordu qüvvələri yaşayış məskənləri ilə yanaşı, məscidləri belə bombalamaq və ya yandırmaqdan çəkinmir.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən veridyi məlumata görə, Əsəd qüvvələri bu günə qədər saysız sayda məscidləri darmadağın ediblər.

Allahın evinə qarşı hörmətsizliklə bağlı daha bir biabırçılıq isə bu günlərdə baş verib. Əsədin əsgərləri salamat qalan məscidlərdə müsəlmanlara lağ edib, əyləncə mərkəzi qurub, Allahı, namazı təhqir ediblər.

Sosial şəbəkədə paylaşılan bir videoda minbərə çıxan əsgərlər oxunan xütbəni təqlid edir, ayaqlarındakı əsgər ayaqqabılarını çıxarmadan və siqaret çəkə-çəkə azan oxuyur, namazı lağa qoyur. Başqa bir görüntüdə isə minbərə çıxaraq mikrofonu əlinə alan bir əsgər, musiqi oxuyur, oynayır.

Digər görüntüdə əsgərlərin namazı lağa qoyması açıq şəkildə görünür. Başına papaq keçirən və siqaretlə namaz qılmağa başlayan əsgər, Ərəbistandakı bir imamı təhqir edir. Arxa tərəfdə dayanan digər əsgərlər də bəzən əyilərək namazı lağa qoyub gülürlər.

Qeyd edək ki, Hz. Məhəmmədi təhqir edən "Müsəlmanların məsumiyyəti" film ilə bağlı İslam dünyasında etiraz nümayişləri davam etdiyi bir ərəfədə bu cür videoların yayılması diqqət çəkməyə bilməz.



Ədil Hüseynli
AzNews.az