- Köhnə - Dünya
- 28 Noyabr 2014 13:46
- 4 165
30 ilin ən şiddətli qasırğası - VİDEO+ FOTOLAR
Avstraliyanın Brisben şəhəri son onilliklər ərzində ən şiddətli qasırğaya məruz qalıb.
AzNews.az xəbər verir ki, şəhərə leysan yağışlar və dolu yağıb, küləyin sürəti saatda 140 km-dək artıb.
Qasırğanın gücünə məruz qalan evlərin damı uçub, çoxmərtəbəli binalarda pəncərə şüşələri qırılıb.
Şəhərdə ictimai nəqliyyat işləmir. Yarım saat ərzində şəhərə 1 aylıq yağış norması yağıb.
Şəhərdə məktəb və uşaq bağçaları bağlanılıb. Rəsmilərin təxminlərinə görə bərpa işlərinə 100 milyondan çöx vəsait tələb oluna bilər.
AzNews.az