Ermənilər Azərbaycan Müdafiə naziri Zakir Həsənovdan qorxduqlarını etiraf ediblər. Ermənilər Azərbaycan Müdafiə naziri Zakir Həsənovdan qorxduqlarını etiraf ediblər.

Ermənilərin Zakir Həsənov qorxusu: “O, daim işləyir”

Ermənilər Azərbaycan Müdafiə naziri Zakir Həsənovdan qorxduqlarını etiraf ediblər.



AzNews.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsun Ovannisyanın Rusiya mediasında yayımlanmış müsahibəsində Zakir Həsənovun gedişlərinə toxunub: "Mütəmadi olaraq o, cəbhə xəttinə gəlir, hansısa texnikanı sınaqdan çıxarır.

O dayanmır, daim işləyir. Bu, onların xalqında ruh yüksəkliyi yaradır. Zakir Həsənov Səfər Əbiyevdən fərqlənir. Əvvəlki müdafiə naziri daha ehtiyatlı davranırdı. Lakin hazırkı nazir öz sözünü deməkdə israrlıdır. Bu, faktiki olaraq qorxu yaradır. Digər tərəfdən, onların dövlət başçısının yeni nazirə yüksək etimad göstərdiyi ortadadır".