Böyük Britaniyada dünyanın ən kök adımı ölüb. Böyük Britaniyada dünyanın ən kök adımı ölüb.

Dünyanın ən kök adamı öldü

Böyük Britaniyada dünyanın ən kök adımı ölüb.


Musavat.com-un məlumatına görə, bu barədə "The Daily Mirror" nəşri xəbər verib.

Dünyasını dəyişən Kit Martinin çəkisi 444 kilo olub. Onun 44 yaşı var idi. "Ginnesin rekordlar kitabı"na düşən rekordsmen kişinin pnevmoniyadan öldüyü deyilir.

Martin mədəsinin kiçildilməsi əməliyyatından 8 saat sonra dünyasını dəyişib – onun mədəsinin ¾-ü götürülüb. Mədənin hissəvi rezeksiyası Kitin arıqlamağa etdiyi çoxsaylı cəhdlərin sonuncusu olub.

Martin yeniyetmə dövründə, anasının ölümündən sonra kökəlməyə başlayıb (özünün dediyinə görə, faciədən o, sarsılıbmış). Ancaq qidaya böyük hərislikdə o, həmişə özünü suçlu sayıb. "Heç kim başıma tapança dirəyib məni bu qədər yeməyə məcbur eləməyib" – deyirdi o.