Dekabrın 23-də Yaponiya Konstitusiyasına əsasən “yapon dövlətinin və xalqının birlik rəmzi” hesab olunan İmperator Akihito 81 yaşını qeyd edir. Dekabrın 23-də Yaponiya Konstitusiyasına əsasən “yapon dövlətinin və xalqının birlik rəmzi” hesab olunan İmperator Akihito 81 yaşını qeyd edir.

İmperatorun ad günüdü

Dekabrın 23-də Yaponiya Konstitusiyasına əsasən “yapon dövlətinin və xalqının birlik rəmzi” hesab olunan İmperator Akihito 81 yaşını qeyd edir.


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, imperatorun doğum günü ənənəvi olaraq dövlət bayramı kimi qeyd olunur və şəhərlərin küçələri dövlət bayraqları ilə bəzədilir. Həmin gün bütün arzu edənlər İmperator sarayına gələ və monarxı salamlayaraq ona təbriklərini yaza bilərlər.

İmperator sarayının veb-saytında verilən məlumata əsasən, bu il monarx və onun ailə üzvləri saat 10:20-dən 11:40-dək üç dəfə xalqın qarşısına çıxacaqlar. Monarxa arzuları isə saat 12:30-dan 15:30-dək yazılı şəkildə çardırmaq olar.

Günün ikinci yarısında sarayda monarxın və ailə üzvlərinin iştirakı ilə tənətənəli mərasim keçirilir.

İmperator Akihito bu Gündoğan ölkədə dəyişilməz hörmətə malikdir. Aparılan rəy sorğularının nəticələrinə görə, yaponların 80 faizi onun xalqın rəmzi kimi rolunun öhdəsindən layiqincə gəldiyini hesab edirlər.

Ötən il İmperator Akihitonun 80 yaşı tamam olub. Bu münasibətlə il ərzində müxtəlif bayram tədbirləri keçirilib. Bu ilin yazında və payızında sarayın parkı qapılarını bütün arzu edənlərin üzünə açıb, mayda isə ziyarətçilər ilk dəfə İmperator sarayına buraxılıblar. Bunun üçün İmperator sarayını öz gözləri ilə görmək istəyən 65 min insan arasından lotoreya yolu ilə hər biri 47 nəfərdən ibarət iki qrup seçilib.