- Köhnə - Dünya
- 24 Fevral 2015 15:01
- 3 215
İŞİD 90 xristianı əsir götürdü
“İslam Dövləti”nin yaraqlıları Suriyanın şimal-şərqində 90 xristianı əsir götürüb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Hadisə Haseke şəhərinin yaxınlığındakı kənddə baş verib. Yaraqlılar kəndə hücum edərək 90 nəfəri əsir götürüb. Əsirlərin Ras-əl-Ayn şəhərinə aparıldığı deyilir.
Qeyd edək ki, bu, İD-in xristian kəndlərinə hücumu ilk deyil. Onlar Tell-Hormuz şəhərində fəaliyyət göstərən kilsəni və Tell-Şamiram, Tell-Nasri, Əl-Aqaybeş, Tuma-İlde və Əl-Hauze yaşayış məntəqələrində isə evləri yandırıblar.
Bu arada məlum olub ki, İspaniyada "İslam Dövləti" yaraqlılarına kömək etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların ikisi Afrikanın şimalındakı Melilya anklavında, ikisi isə Kataloniyada ələ keçirilib.