Ukraynanın 172 yaşayış məskəni qaranlığa qərq olub. Ukraynanın 172 yaşayış məskəni qaranlığa qərq olub.

Ukrayna qaranlığa qərq oldu – SƏBƏB (VİDEO)

Ukraynanın 172 yaşayış məskəni qaranlığa qərq olub.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "korrespondent" saytı ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.

Buna səbəb kimi havaların pis keçməsi və güclü küləyin əsməsi göstərilir. Nəticədə Ukraynanın Odessa, Nikolayev, Kirovqrad, Donetsk, Xerson və Dnepropetrovsk vilayətlərində əhaliyə verilən elektrik enerjisi kəsilib.

Qəzanın aradan qaldırılması üçün hazırda ərazidə xilasetmə briqadaları çalışır. Əhaliyə ən çox zərər Nikolayev vilayətində qeydə alınıb. 80-ə yaxın ağac avtomobillərin üstünə düşüb.