Suriya müxalifərini Səudiyyə Ərəbistanı silahlandırırmış

Suriya müxalifətinin əlində olan silahlar Səudiyyə Ərəbistanından göndərilirmiş. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, faktı BBC müxbiri aşkarlayıb.

Suriyanın Aleppo şəhərində yerləşən Azad Suriya Ordusunun bazasında olan müxbir, yeşiklərə doldurulmuş silahları və onların üzərində ərəbcə yazıları görüntüləyə bilib. Etiketdə istehsalçı ölkə kimi Ukrayna göstərilib. Səudiyyə hökuməti isə faktla bağlı hər hansı açıqlama verməkdən imtina edir..

Qeyd edək ki, Azad Suriya Ordusunun xarici ölkələr tərəfindən silahlandırılması yeni fakt olmasa da, Səudiyyə Ərəbistanı ordusu üçün nəzərdə tutulmuş silahların görüntülənməsi ilk dəfədir ki, beynəlxalq KİV-də yayımlanır.

Sadiq Musa
AzNews.az