- Köhnə - Dünya
- 27 Aprel 2015 11:23
- 3 195
Sabiq nazirlər rüşvətə görə saxlanıldı
Rusiyanın Saxalinsk vilayətində 2 keçmiş nazir rüşvətə görə saxlanılıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Məlumata görə, tutulanlardan biri Saxalinsk vilayətinin baş nazirinin müavini, balıq sənayesinə nəzarət edən Sergey Kapenkindir. O, aprel ayının 10-da öz ərizəsilə istefaya getmişdi.
İkinci saxlanılan şəxs isə vilayətin keçmiş kənd təsərrüfatı, ticarət və qida naziri Nikolay Borisovdur. Bu nazir isə aprel ayının 24-də istefa ərizəsi yazmışdı.